5 oktyabr 2012 00:06
Böyükağa Hacıyev: Səviyyə fərqi özünü göstərdi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:3 hesablı məğlubiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
- Bu gün azarkeşlər açıq futbol izlədilər. Biz üç qol buraxsaq da, hücum etməyə özümüzdə güc tapa bildik. Səviyyə fərqi özünü göstərdi. Axı biz Avropa nəhənglərindən birinə qarşı oynayırdıq. Azarkeşlər dörd qol gördü. Təəssüf edirəm ki, onlardan üçünü biz buraxdıq. Amma hesab fərqli də ola bilərdi. İkinci hissədə biz daha yaxşı oynadıq. Qrupdan çıxmaq şanslarımız hələ qalır. Çalışacağıq buna nail olaq.
- Niyə Kamil Nurəhmədovu əsas heyətdə buraxmışdınız?
- Mən çalışıram ki, səhvə yol verməyim. Həyatda məşqçilərlə həkimlər səhv buraxmamalıdılar. Mən Kamilin necə çalışdığını görürdüm və onun qarşısını kəsə bilməzdim. Bütün futbolçularımın çıxışından razı qaldım.

- Sizin “Rubin” və “Partizan” üçün də sürprizləriniz var?
- Əlbəttə, nə qədər istəsəz.
- Əlbəttə, nə qədər istəsəz.
- Araz Abdullayevi kimin əvəzində meydana buraxmaq istəyirdiz ki, fikrinizdən daşındınız?
- Flavinyo yıxılanda əvəzlənməsini istədi. Amma sonradan qərarını dəyişdi və meydanda qalmaq istədi.
- Flavinyo yıxılanda əvəzlənməsini istədi. Amma sonradan qərarını dəyişdi və meydanda qalmaq istədi.
- İlk dəqiqələrdən psixoloji problemlər diqqət çəkirdi...
- Biz bu gün Hindistan və Fələstin yığmasına qarşı yox, “İnter”lə oynayırdıq. İkinci hissədə daha yaxşı oynamağa nail olduq. Elə psixoloji baxımdan da hər şey qaydasında idi.