5 oktyabr 2012 00:11
Neftçidə Mahir Şükürov şoku
Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”i ilə oyun Azərbaycan çempionu “Neftçi” üçün təkcə nəticə baxımından (1:3) pis bitməyib. Azerisport.az xəbər verir ki, qarşılaşma həm də “ağ-qaralar”ın aparıcı futbolçularından birinin zədələnməsi isə yadda qalıb.
Belə ki, Mahir Şükürov görüşü zədəylə tamamlayıb. Bu barədə komandanın baş məşqçisi Böyükağa Hacıyev məlumat verib.
Amma Mahirin zədəsinin nə dərəcədə ciddi olduğu hələlik dəqiq bilinmir. Bu, həkimlərin dəqiq müayinəsindən sonra müəyyənləşəcək.
