5 oktyabr 2012 11:55
Rövnəq Abdullayev Kamran Ağayevə görə Mübariz Mənsimovdan xahiş etdi
AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın üzvü Kamran Ağayevlə bağlı "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Abdullayev Mənsimovdan xahiş edib ki, “Xəzər Lənkəran”ın futbolçusu Kamran Ağayevin komandanın oyunlarında meydana çıxmasına köməklik göstərsin.
Qeyd edək ki, Ağayev “Xəzər Lənkəran”ın heyətindən kənarlaşdırılıb və hazırda oyun təcrübəsinin yoxluğundan əziyyət çəkir. Bu isə millimizin maraqları ilə qətiyyən üst-üstə düşmür.
