5 oktyabr 2012 00:17
Böyükağa Hacıyev: İnterə məğlubiyyəti Rubinlə qarşılaşmada unutdurmağa çalışacağıq
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə məğlubiyyəti Rusiyanın “Rubin” klubu ilə görüşdə unutdurmağa söz verib. Azerisport.az xəbər verir ki, o, “neradzurra”ya 1:3 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“İlk növbədə azarkeşlərimiz qarşısında bu məğlubiyyətə görə üzr istəyirəm. “Neftçi” bu gün “İnter”ə yenildi. Amma qarşıda bizi növbəti oyunlar gözləyir. Çalışacağıq ki, Kazanda “Rubin”ə qarşı keçirəcəyimiz oyunda bu məğlubiyyəti unutduraq”.