5 oktyabr 2012 00:22
Rövnəq Abdullayev: Bir də belə oynasa, Neftçinin oyunlarına gəlməyəcəm
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan çempionu “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:3 hesablı məğluiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Komandamızın oyunu mənim xoşuma gəlmədi. Yalnız ikinci hissədə oynamağa başladıq. Məhz o vaxt başa düşdülər ki, uduzurlar. Əgər bir də belə oynasalar, “Neftçi”nin oyunlarına gəlməcəyəm. Bunu futbolçularımıza da söylədim. Ümid edirəm ki, gələcəkdə onlar bizi daha çox sevindirəcəklər”.
