5 oktyabr 2012 12:06
Freddi Quarin: Neftçinin bütün problemlərindən istifadə etdik
İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Freddi Quarin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
“Əlbəttə, qol ötürmələri vermək, komandana kömək etmək çox vacibdi. Biz rəqibin bütün problemlərindən istifadə etməyi bacardıq. Bilirdik ki, qələbə qazanmaq üçün çoxlu hücumlar etmək, qol vurmaq lazımdı. Fikrimcə, yaxşı çalışdıq və işimizin öhdəsindən gəlməyi bacardıq”.
