5 oktyabr 2012 00:28
Andrea Stramaççoni: Rubin Neftçidən kağız üzərində güclüdü
İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra öncə bunları söyləyib:
- Biz birinci hissədə yaxşı oynadıq. Öz şərtlərimizi diqtə etdirən tərəf idik. Bunun da sayəsində qələbə qazandıq.

- Koutinyo Milan derbisində olacaq?
- Biz derbiyə hazırıq. Amma indidən nəsə demək tezdi. Mən hələ heyəti müəyyənləşdirməmişəm. Təəssüf ki, “Zenit” – “Milan” görüşünü izləyə bilmədim. Qaldığımız oteldə belə şərait yox idi.

- Sizcə, “Neftçi” belə oyunla “Rubin”lə görüşdə nəyə ümid edə bilər?
- Oyunlar bir-birindən fərqlənir. Təbii ki, kağız üzərində “Rubin” güclüdü. Fikrimcə, “Rubin” daha təcrübəli komandadı. Amma əminəm ki, bu komandaların qarşıdurması çox maraqlı olacaq.

- “İnter”in oyununda xoşunuza gəlməyən hansısa məqamlar oldu?
- Biz bu oyunda layiqli rəqibə qarşılaşdıq və yaxşı oynadıq. Düzdü, çatışmazlıqlar da var. Amma unutmayın ki, bu, hələ mövsümün əvvəlidi.

- Belə şayiə var ki, klub prezidenti Massimo Moratti “Zenit”in çalışdırıcısı Luçano Spalettini komandanın sükanı arxasına gətirmək istəyir. Bu üzdən “Milan”la derbi sizin üçün həlledici ola bilər...
- Mənim üçün hər oyun vacibdi. Moratti klubun prezidentidi və hər şeyə o qərar verir.
- “Neftçi”nin yenə qol vuracağından qorxmurdunuz?
- Bu, idmandı. Mən Kambyassonu meydandan çıxarıb, Ranokkyanı buraxdım. Amma bununla futbolçuların durumunu düşünürdüm, üstünlüyümüzü əldən verəcəyimizi yox.