5 oktyabr 2012 00:33
Rövnəq Abdullayev Massimo Morattini təbrik etdi
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə İtaliya “İnter”i arasındakı oyundan (1:3) sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev qonaq komandanın prezidenti Massimo Morattini təbrik edib. Azerisport.az xəbər verir ki, o, eyni zamanda oyunla bağlı fikirlərini də dilə gətirib.
Rövnəq Abdullayev bildirib ki, “ağ-qaralar” ikinci hissədəki oyunu ilk yarıda da nümayiş etdirə bilsəydilər, hesab fərqli ola bilərdi.
