6 oktyabr 2012 17:51
Cihan Özkara meydana çıxdı, komandası qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 4-cü turu çərçivəsində “Tavşanlı Linyitspor” klubu ilə qarşılaşıb.
Oyun səfərdə keçirilidir. Ona görə də Kayseri klubu bu görüşdə ən azı 1 xal qazanmağı hədəfləmişdi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma Kayseri klubu sonda əzmkar qələbə qazanmağı bacarıb.
Bu görüşdə Cihanın da forma geyməsi istisna deyildi. Baş məşqçi Osman Özköylü ona 65-ci dəqiqədə şans verib. Komandası məhz onun oyuna çıxmasından sonra dönüş yaratmağı bacarıb.
Qeyd edək ki, Özkaranın komandası altı oyuna 13 xalla birinci yerdə gedir.
PTT birinci liqası
6-cı tur
6 oktyabr
Tavşanlı Linyitspor – Erciyesspor - 1:2 (1:0)
Qollar: Ümit Tütünci, 34 - Emrah Bozkurt, 73, Kenan Şahin, 77-pen.
