7 oktyabr 2012 00:45
Rail Türkiyədə problemlə üzləşdi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 6-cı turu çərçivəsində “Samsunspor” klubu ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdə ən azı bir xal qazanmağı hədəfləmişdi. Amma bu görüş başa çatmayıb. Daha doğrusu elə qarşılaşmanın 13-cü dəqiqəsində stadionun işıqlandırma sistemində problem yaranıb. Çatışmazlığı vaxtında aradan qaldırmaq mümkün olmadığı üçün matç təxirə salınıb.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Engin İpekoğlu əvvəlki oyunlarda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxmışdı.
Qeyd edək ki, Railin komandası beş oyuna 9 xalla beşinci yerdə gedir. “Samsunspor” isə 6 xalla 12-cidi.
PTT Türkiyə Birinci Liqası
6-cı tur
6 oktyabr
Samsunspor - Denizlispor - 0:0 (matç yarıda qalıb)
