6 oktyabr 2012 11:35
“Azərbaycan kifayət qədər güclü potensiala malikdi”
Bakıda səfərdə olan FIFA-nın vitse-prezidenti, FIFA İcraiyyə Komitəsinin üzvü İssa Hayatou AFFA-nın rəsmi saytına qısa müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir:
- FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilati səviyyəsini necə qiymətləndirirsiniz?
- Təşkilat standartları baxımından hər şey çox yüksək səviyyədədir.
- Turnirin təşkili ilə bağlı yadınızda qalan əsas məqam nə olacaq?
- Yerli Təşkilat Komitəsi üzvlərinin hər yerdə fəal olması. Onlar ehtiyac duyulan istənilən məkanda aktivdirlər. YTK olaraq xidmət və həmin xidmətin təşkili baxımından onlar çox gözəl fəaliyyət göstərirlər.
- Sizcə, Azərbaycanın bu dünya çempionatına ev sahibliyi etməsi növbəti beynəlxalq turnirlərin təşkili üçün ölkənin şanslarını artırırmı?
- İdman infrastrukturu, otellər və təşkilatçılıq səviyyəsi – bütün bunlar onu göstərir ki, Azərbaycan digər beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün kifayət qədər güclü potensiala malikdir.
