6 oktyabr 2012 11:54
Yığmamızın məşqçiləri rəqib komandaların oyununu izləyəcək
Oktyabrın 12-də Rusiyanın paytaxtı Moskvada Rusiya və Portuqaliya milli komandaları arasında DÇ-2014-ün seçmə mərhələ oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçiləri Nazim Süleymanov və Olaf Yansen həmin qarşılaşmanı izləyəcək.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda millimiz Rusiya yığması ilə qarşılaşacaq.
