8 oktyabr 2012 01:16

Cavid Hüseynov derbidə oynamadı, ilk qələbə sevincini yaşadı (YENİLƏNİB)

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə PTT birinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 6-cı turu çərçivəsində “Adanaspor” ilə görüşüb.
 
Qeyd edək ki, bu qarşılaşma Adana derbisi olaraq maraqla gözlənilirdi. Hansı ki, Cavid üçün də bu, ilk derbi olacaqdı. Gözlənildiyi kimi, derbi kifayət qədər maraqlı və qollu alınıb. Qol duelini sonda məhz həmyerlimizin komandası qazanıb. Hansı ki, bu, "Adana Demirspor"un ilk qələbəsi olub.
 
Əvvəlki oyunlarda start heyətdə meydana çıxsa da, son matçda ehtiyatda qalan Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Özü də bu görüşdə adanalılar yeni baş məşqçi Mustafa Uğur ilə debüt edirdilər. Təəssüf ki, yeni baş məşqçisi də millimizin üzvünü sona qədər ehtiyatda saxlayıb.
 
“Adana Demirspor” hazırda 5 xalla 18 komanda arasında 15-ci yerdədi.
 
Türkiyə PTT birinci liqası
6-cı tur
7 oktyabr
 
Adana Demirspor - Adanaspor - 4:2

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.