6 oktyabr 2012 18:15
Yığmamızın hücumçusu yenə oynamadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun heyətində yer aldığı “Metallurg” bu gün Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 32-ci turu çərçivəsində “Skonto” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də liyepayalılar ən azı bir xal qazanmağı hədəfləmişdilər. Amma görüş qonaqların məğlubiyyəti ilə nəticələnib.
Son oyunlarda forma geyməyən millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, Vüqar bu görüşdə də ehtiyatda qalıb.
Qeyd edək ki, hazırda Liyepaya klubu 32 oyundan sonra 64 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Latviya çempionatı
32-ci tur
6 oktyabr
Skonto - Metallurg - 3:1
