6 oktyabr 2012 12:17

“Almaniya vətəndaşı olsam da, Azərbaycan pasportu ala bilərəm”

22 yaşlı Qazaxıstan əsilli almaniyalı futbolçu Dmitri Nazarovun Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun maraq dairəsində olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, gənc hücumçu müsahibəsində yığmamıza mümkün gəlişindən danışıb.
 
- Mən həqiqətən də Qazaxıstanda anadan olmuşam. Orda atamın qohumları yaşayır. Amma cəmi bir yaşım olanda valideynlərimlə birgə Almaniyaya köçmüşük. Əlbəttə, mən harda doğulduğumu bilirəm, Qazaxıstanla maraqlanıram. Hətta bu ölkənin yığma komandasının çıxışından da xəbərdaram. Hətta heyətdə Henrix Şmidtqal və Konstantin Engel kimi alman futbolçuların çıxış etməsini də bilirəm. Amma Qazaxıstandan mənə bununla bağlı heç bir müraciət olunmayıb. Ona görə də doğma vətənimin yığmasındakı perspektivimlə bağlı nəsə demək mənə çətindi.
 
- Amma Azərbaycan yığmasından belə bir təklif aldığın bildirilir...
- Bəli. Bir ay öncə Berti Foqts öz assistenti Olaf Yansen vasitəsilə mənimlə əlaqə saxladı. Onlar mənim Azərbaycan yığmasında oynamağa necə baxdığımı soruşdular. Daha sonra Berti Foqtsun özü ilə də bir neçə dəfə şəxsən telefonla danışdım. O, məni hələ sentyabrdakı toplanışlara dəvət etmək istəyirdi. Amma o vaxt mənim klubumla vacib oyunlarım var idi. Sonra qərara gəldik ki, bu, Rusiya ilə oyun öncəsi toplanışa təsadüf etsin. İstisna deyil ki, tezliklə bu ölkənin yığmasından dəvət alım. Onda son qərarımı verəcəm. Mənim hələlik yalnız alman pasportum var. Amma keçmiş SSRİ-də anadan olmuş biri kimi yəqin ki, Azərbaycan və ya Qazaxıstan pasportu ala bilərəm.
 
- Bəs əgər hər iki ölkədən dəvət alsan, hansını qəbul edərdin?
- Dediyim kimi, hələ Qazaxıstandan mənimlə heç kim əlaqə saxlamayıb. Ona görə də bu barədə düşünmək tezdi. Əlbəttə, hər futbolçu öz millisində çıxış etməyi arzulayır. Amma mən hazırda öz klubumun oyunlarına köklənmişəm. Çempionatda fasilə yarananda, bu barədə düşünmək olar.
 
- “Eintracht”dan “Preussen”ə keçidinizə görə təəssüflənmirsiz?
- Mənə Frankfurtda qalmaq təklif olundu. Amma orda əsas komanda ilə məşq etsəm də, ikinci komandada oynamalı olurdum. Mən isə dedim ki, daim oynamaq istəyirəm. Buna görə də klubumu dəyişməyə qərar verdim. Burda hər oyunda meydana çıxıram. Uğurlu çıxış edirik, kubokda mərhələ adladıq, çempionatda liderik. Ona görə də hər şeydən razıyam. Mən bu kollektivlə inkişaf edə biləcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.