6 oktyabr 2012 14:07
Azərbaycandan gələcəyə ümidlə
"Mən onların hər birinə başlarını uca tutmağı söylədim, çünki, bu turnirdə biz hər şeyimizi ortaya qoyduq və rəqibə Kanada futbolunun nə olduğunu göstərdik". Bu, Azərbaycan 2012-də Koreya XDR-ə 2-1 hesablı məğlubiyyətin ardından kapitan Eşli Lourensin həyəcanla dediyi sözlərdir.
1/4 final mərhələsində çempionatı tərk etdiklərinə görə açıq-aydın məyus görünməsinə baxmayaraq, FIFA U-17 qadınlararası dünya çempionatlarının 17 yaşlı veteranı eləcə də qürurlu, nikbin və komandası ilə birlikdə parlaq gələcəyə ümidli idi.
"Zənnimcə, mən bu turniri həmişə müsbət xatırlayacam, çünki mən bu turnirdə bir futbolçu kimi kifayət qədər inkişaf etdim və eləcə də komanda kimi inkişaf etdik və xeyli təcrübə qazandıq," deyə əzmkar yarımmüdafiəçi FIFA.com saytına müsahibəsində qeyd edir.
"Müxtəlif rəqiblərə qarşı oynamaq müxtəlif oyun üslublarına uyğunlaşmanıza imkan yaradır, belə ki, bu turnir əllbəttə ki, gələcəkdə bizim inkişafımıza komək edəcəkdir. Bunların hamısı təcrübə yığma prosesinin bir hissəsidir və biz inkişafı hələ burdan başlayırıq".
Cümə aşxamındakı oyunun son dəqiqələrində Koreyalı qolçu Ri Un Sim tərəfindən vurulan iki qol Kanadalıları çətin duruma saldı və Nikol Prinsin vurduğu bir qolun ümid yaratmasına baxmayaraq, bu qol onlara kifayət etmədi. "Biz o oyunda oyun taktikamıza uyğun oynadıq, lakin bəzən səhvlər buraxırdıq və sonra onları düzəltməli olurduq. Elə bu səbəbdən də bir az daha sərt oynamalı olduğumuzu düşünürəm, lakin sonda biz əlimizdən gələn hər şeyi etdik və əsası da budur".
Komanda yoldaşları məğlubiyyətdən 8KM stadionundan bayırda onları gözləyən avtobusa doğru gözləri yaşlı və əzgin yeridikləri zaman, Lourens komandanın qarşısında açılacaq imkanları səbirsizliklə gözləyirdi.
2012-ci ildə Kanadada keçiriləcək FIFA qadınlararası dünya çempionatı, həmçinin FIFA U-20 qadınlararası dünya çempionatı və bu turnirlər onun və digər gənc komanda yoldaşları üçün əla imkandır.
"Bu çox həyəcanlandırıcıdır; yerli azarkeşlərinizin qarşısında oynamaq əlbəttə ki, böyük üstünlükdür, elə buna görə də mən bu turniri səbirsizliklə gözləyirəm. Zənnimcə komandada arxa xəttdən ön xəttə qədər bir çox istedadlı oyunçularımızın olduğunu görmək çətin deyil, belə ki, şübhəsiz bu oyunçuların o turnirlərdə oynacaqlarını düşünürəm".
Kristin Sinklerdən qaynaqlanan ilham və Konun Olimpiyadada özünə bürünc medal qazandırdığı performansı bütün komanda yoldaşları kimi, Lourensdə də komandasına öz damğasını vurmaq istəyinə səbəb olmuşdur. "Siz ölkənin qadınlardan ibarət daha yaşlı yığmasının nə qədər inkişaf etdiyinin və bizim üçün miras qoyduqlarının şahidi olmusuz, indi isə biz özümüz Kanada üçün yeni uğurlara imza atmaq istəyirk və bu çox həyəcanlandırıcıdır".
"U-17 Azərbaycan 2012-yə çıxmağı bacardıq və indi biz qarşıdakı Kanada 2014-ü gözləyirik. Vətənə qayıtdıqdan sonra məşqlərimizə bacardığımız qədər sürətlə davam edəcəyik".
Final fiti səsləndikdən sonra məşqçi Briyan Rozenfeldin komandası ilə fəxr etdiyi açıq-aydın görünürdü, çünki onun komandası çox təriflənən rəqiblərinə qarşı bütün oyun boyunca əzmkar mübarizə aparmışdı. "Mən komandamla fəxr edirəm, onlar oyunda əsl xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Bu bizim qanımızdadır, belə ki, futbolçular heç zaman təslim olmurlar".
"Bu oyunda Kanadalıların yeni futbol üslubunda oyununu gördüyünüzü düşünürəm. Məqsədimiz vaxtı aparmaq və ya oyunu 11 metrlik cərimə seriyalarına götürmək deyildi, biz daima hücüm etməyə çalışırdıq. Təəssüf ki, səhvlər və kiçik detallar oyununuza bu qədər təsir edə bilir.
FIFA U-17 qadınlararası dünya çempionatında məşqçi qismində bu onun 11-ci oyunu idi və o, sayca üçüncü olan turniri müsbət notlarla tərk edir. "Əsası odur ki, Kanadada qadın futbolu artıq xeyli irəli gedib və biz bəzi yüksək bacarıqlı oyunçular yetişdirmişik. Mən hazırkı səviyyəmizdən və bu turnirdə nümayiş etdirdiyimiz performansdan razıyam. Zənnimcə əldə etdiyimiz bu təcrübə vasitəsilə gələcəkdə daha çox inkişaf edə bilərik".
