6 oktyabr 2012 14:33
Alman futbolçular dərslərini Bakıda davam etdirirlər
Almaniyanın gənclər yığması FIFA U-17 qadınlararası dünya çempionatı üçün artıq bir neçə həftədir Azərbaycandadırlar və onlar cümə günü yarımfinala vəsiqə qazanmaq üçün növbəti oyunlarına çıxacaqlar. Bununla belə, oyunçuların idman öhdəliklərinə əsasən onlar dərslərini normal qaydada davam etdirməlidirlər, belə ki, Almaniya Futbol Federasiyasının (DFB) əsas prioriteti gənc futbolçularının təhsil almasıdır.
İki pedaqoq Stepan Berot və Manuel Hots da futbolçuların Azərbaycanda olacaqları müddətdə onları burada müşayiət edirlər və heç bir futbolçunun tədris proqramındakı mühüm dərsləri buraxmadığına nəzarət edirlər. Berot riyazi fənnlər, Hots isə dillər üzrə cavabdehdir.
"Vətənlərində tələbələr fərdi pedaqoq yanında hazırlaşırlar və hər dəfə gedib növbəti hansı dərsləri öyrənməli olduqlarını soruşurlar," deyə Hots qeyd edir. "Tələbələrin davamiyyətinə dair doldurulmuş bildirişlər sonra bizə gönədirilir və bunun əsasnda da biz hansı fənnlərin keçilməsini əvvəlcədən bilirik və bunlara dair müvafiq hazırlıq görürük".
"Tədris günlərində tələbələr dərs ləvazimatları ilə dərsə gəlirlər və müstəqil olaraq fənnlər üzərində çalışırlar. Hər hansı çətinlikləri olduqda, biz onların suallarına cavab veririk. Dərsin sonunda biz onların tapşırıqlarını yoxlayırıq və hər şeyi düzgün etdiklərinə əmin oluruq. "Dərslər demək olar ki, gündəlik keçirilir".
Oyun günləri dərslər keçirilmir
"Biz dərsləri iki qrupda keçirik," deyə Berot əlavə edir. "Biz heyəti bir qrupda 10, digər qrupda isə 11 nəfər tələbəyə bölürük və bu da tələbələrə daha çox fərdi diqqət ayırmağa imkan yaradır. Sinifdə nə qədər az tələbə olarsa, tədris də bir o qədər səmərəli olur. Dərslər gündəlik hər qrupda təqribən bir saat yarım keçirilir. Adətən, oyun günlərində dərslər keçirilmir, çünki həmin gün futbolçuların bütün diqqəti oyunda olur".
Heyət bir gündə iki dəfə məşq etdiyindən, dərsləri oyunçuların gündəlik cədvəlinə uyğunlaşdırmaq pedaqoqlar üçün heç də asan olmamışdır. Hazırda məşqlərin gündə bir dəfəyə qədər azaldılması Berot və Hotsa tələbələrlə məşğul olmaq üçün daha çox imkan yaradıb.
"Bizimlə burda iki pedaqoqun olması çox vacibdir, çünki biz artıq xeyli dərslər buraxmışıq. Onlar doğurdan da bizə çox kömək edirlər və dərsləri etməyə meyliniz olarsa, siz bunu edə bilərsiz," deyə Almaniyanın kapitanı Sara Dabrits FIFA.com saytına qeyd edir.
Siniflərdə dəyişikliklər
Dərslərdə iki fərqli sinifdən tələbələr bir araya yığılıb, bunlar 10 və 11 tələbədən ibarət alman sinifləridir, buna baxmayaraq, pedaqoqların bununla əlaqədar çətinlikləri yoxdur. "Biz dərsləri cəm yox fərdi qaydada keçirik və buna görə də tələbənin neçənci sinifdə olması əhəmiyyətli deyil," deyə Berot izah edr.
"Bununla belə, bu bizim üçün bir az çətindir, çünki hər dəfə iki tədris ili arasında sinif dəyişirik. Lakin əsasən gördüyünüz müxtəlif Alman ştatlarından olan tələbələr arasında fərqlilik olur. Onlar əsasən fərqli sahələr üzərində işləyirlər".
Heyətin hər bir üzvünun ya təlim-məşq meydanında ya da qarşılaşacaqları rəqiblərin təhlil edilməsinə dair gündəlik olaraq futbolla hər hansı mənada əlaqəsi olur. Turnirdən əvvəl və turnir ərzində futbol bu gənclərin xeyli vaxtını alır, bu səbəbdən, improvizə edilmiş siniflər onlar üçün faydalı müxtəliflik mənbəyi rolunu oynayır.
"Onlar gündəlik həyatlarından ayrılıblar," deyə Berot qeyd edir. "Pedaqoq olaraq bizim, yığmanın digər ştat heyəti üçün çox fərqli rolumuz vardır, çünki bizim futbolla heç bir əlaqəmiz yoxdur. Belə ki, ən azı futbolçuların gözündə biz ayrı bir aləmin təmsilçiləriyik".
