6 oktyabr 2012 14:46
Nikolas Kanales: Mən daha güclü kluba keçə keçə bilərəm
Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Nikolas Kanales müsahibəsində Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirdikləri oyundan danışıb, eləcə də Topaz Premyer Liqasını Çili çempionatı ilə müqayisə edib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
“Əvvəllər mən “İnter”i yalnız televizor vasitəsilə görərdim. Amma indi onlara qarşı oynadım. Elə hiss var idi ki, sanki mən “Play Station” oynayıram. Çox şadam ki, Milan klubuna qarşı oynamaq şansı qazandım. Uduzmağımıza baxmayaraq, biz sona kimi vuruşduq”.
“İnter”in qapısına vurulan yeganə qolun müəllifi Azərbaycan və Çili çempionatlarını müqayisə edib: “Bunlar demək olar ki, eyni səviyyədə olan çempionatlardı. “Neftçi” ölkənin ən böyük klubudu. Hansı ki, avrokuboklarda da qrup mərhələsinə vəsiqə qazanan ilk komanda oldu. Komanda yoldaşlarımın demək olar ki, hamısı öz ölkəsinin millisində çıxış edir”.
Kanales eyni zamanda əsas hədəfinin daha güclü klublara keçmək olduğunu da gizlətməyib: “Mənim hədəfim daha güclü klublarda, çempionatlarda çıxış etməkdi”.
Qeyd edək ki, Nikolas Kanales son dövrlər Çili yığmasına dəvət olunmur.
