6 oktyabr 2012 15:24
Portuqaliyanın Rusiya ilə oyun üçün heyəti açıqlandı
Futbol üzrə Portuqaliya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu ay Rusiya və Şimali İrlandiya ilə üz-üzə gələcək portəgizlərin baş məşqçisi Paulo Bentu aşağıdakı futbolçulara dəvət göndərib:
Qapıçılar: Betu (Braga), Eduardu (İstanbul BB, Türkiyə), Ruy Patrisiu (Sporting);
Qapıçılar: Betu (Braga), Eduardu (İstanbul BB, Türkiyə), Ruy Patrisiu (Sporting);
Müdafiəçilər: Bruno Alveş (Zenit, Rusiya), Fabio Koentrao, Pepe (Real, İspaniya), Serenu (Valladolid, İspaniya), Migel Lopes (Porto), Juan Pereyra (Valencia, İspaniya), Luiş Netu (Siena, İtaliya);
Yarımmüdafiəçilər: Kuştodio, Ruben Amorim, Ruben Mikael (hamısı “Braga”), Joao Moutinyo (Porto), Migel Velozo (Dinamo, Kiyev, Ukrayna), Raul Meyreleş (Fenerbahçe, Türkiyə);
Hücumçular: Kristiano Ronaldo (Real, İspaniya), Elder Poştiqa (Zaragoza, İspaniya), Nani (Manchester United, İngiltərə), Pitsi, Nelson Oliveyra (hər ikisi “Deportivo”, İspaniya), Eder (Braga).
Qeyd edək ki, Portuqaliya DÇ-2014-ün seçmə mərhələsindəki ilk iki oyununu qələbə ilə başa vurub: Lüksemburq (2:1) və Azərbaycan (3:0).
