8 oktyabr 2012 01:49
Neftçinin rəqiblərindən bir məğlubiyyət, iki qələbə (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya, Serbiya və İtaliya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Rubin”, “Partizan” və Milan “İnter”i də növbəti görüşünə çıxıb.
“Rubin” 11-ci tur çərçivəsində doğma divarlar arasında “Amkar”la münasibətlərinə aydınlıq gətirib. Kurban Berdıyevin yetirmələri bu görüşdən minimal hesablı məğlubiyyətlə ayrılıb. "Rubin" hazırda 11 oyuna 18 xalla 8-ci yerdə gedir.
“Partizan” 8-ci tur çərçivəsində evdə “Javor”u qəbul edib. Belqrad klubu bu görüşdə çətin qələbəyə sevinib - 2:1. Qarşılaşmada hesabı 6-cı dəqiqədə Skepoviç açıb. 35-ci dəqiqədə qonaqlar hesaba tarazlıq gətirsələr də, 76-cı dəqiqədə Mitroviç belqradlılara qələbə qazandıran qola imza atıb. “Partizan”ı hazırda 22 xalla çempionatın lideridi.
“İnter”i isə A Seriyasının 7-ci turunda “Milan”la derbi matçına çıxıb. “Neradzurra” bu vacib matçı minimal hesablı qələbə ilə başa vurub. Görüşdəki yeganə qolu 3-cü dəqiqədə Valter Samuel vurub. "İnter" hazırda 15 xalla 4-cü yerdə gedir.
