6 oktyabr 2012 18:46
İnter hazırlıqlara tam heyətlə başlaya bilməyəcək
Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutmuş “Rəvan”la matçdan dərhal sonra “İnter”in futbolçularına istirahət verilmişdi. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Kaxaber Tsxadadze futbolçularına iki günlük istirahət vermişdi.
Sabah səhər komanda “Şəfa” stadionunda bir araya gələrək bərpa məşqinə çıxacaq. Qeyd edək ki, məşq prosesində Azərbaycan millisinə çağırılmış futbolçular - Vladimir Levin, Nizami Hacıyev və Ruslan Əmircanov iştirak etməyəcəklər.
Əlavə edək ki, 2014-cü il Dünya Çempionatının seçmə mərhələsinin oyunlarıyla əlaqədar Premyer Liqada yaranacaq fasilə oktyabrın 20-dək davam edəcək. Məhz həmin gün 9-cu tur çərçivəsində “İnter” “Şəfa” stadionunda Zaqatalanın “Simurq” komandasıyla qarşılaşacaq.
