6 oktyabr 2012 00:07
Bütün yarımfinalçılar bəlli oldu
Ötən gün 17 yaşlı qızlar arasında Azərbaycanda təşkil olunan dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirildi. Azerisport.az xəbər verir ki, son oyunlar nəticəsində mundialın bütün yarımfinalçıları bəlli olub.
Almaniya Braziliyanı məğlub edərək, növbəti mərhələdə Şimali Koreyaya rəqib olub. Yaponiyanı məğlub edən Qana isə 1/2 finalda Fransa ilə qarşılaşmaq hüququ qazanıb.
Qeyd edək ki, yarımfinal görüşləri oktyabrın 9-da, final oyunu isə oktyabrın 13-də keçiriləcək.
Qeyd edək ki, yarımfinal görüşləri oktyabrın 9-da, final oyunu isə oktyabrın 13-də keçiriləcək.
