6 oktyabr 2012 00:18

Berti Foqts: Mən sizin üzünüzə tüpürsəm, nə edərsiz

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts azerisport.az saytına müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirəcəyimiz oyun ərəfəsindəki durumdan danışıb.
 
- Rusiya ilə oyun üçün açıqlayacağınız heyətdə hansı dəyişikliklər gözlənilir?
- Rusiya ilə oyun öncəsi toplanış olacaq. Hələ indidən dəqiq bir fikir söyləmək mümkün deyil. Məşq edəcəyik, sonda ümumi vəziyyətə baxacağıq. Ola bilsin ki, hansısa futbolçular zədə səbəbindən komandaya kömək edə bilməsin. Belə olan halda başqa oyunçulara müraciət etməyimiz də mümkündü.
 
- Elnur Allahverdiyevin yığmadan kənarlaşdırılması bir qədər gözlənilməz oldu...
- Niyə gözlənilməz sayırsız? Siz elə hesab edirsiz ki, futbolçunun hakimin üzünə tüpürməyə haqqı var?
 
- Hər halda belə vacib oyun öncəsi komandanın aparıcı müdafiəçilərindən birinin millidən kənarlaşdırılmasını çox az adam gözlərdi...
- Məsələn, mən sizin üzünüzə tüpürsəm, nə edərsiz? Mən sizin reaksiyanızı təsəvvür edirəm. Bu üzdən qərarım sizi təəccübləndirməməlidi. Əgər Elnur hansısa beynəlxalq oyunda belə bir hərəkət etsə, o, bir daha belə bir görüşdə forma geyməyə bilərdi.
 
- AFFA İntizam Komitəsi onu altı oyunluq cəzalandırıb. Bəs sizin cəzanız hansı müddətə qədər olacaq?
- Əgər o, cəzası bitəndən sonra komandasında yaxşı oynamağa davam etsə, yenə milliyə dəvət olunacaq. Jurnalistlər də öz növbəsində futbolçunu meydandan qovulmasına, belə hərəkətlərinə görə tənqid etməlidilər. Sizin sualınız elə səslənir ki, sanki onu müdafiə edirsiz.
 
- Axı adətən siz öz futbolçularınızı müdafiə edirsiz. Məsələn, klubunda oynamayan Kamran Ağayevi. Və ya Rauf Əliyev meydanı tərk edərkən narazılıq etsə də, siz yenə onu müdafiə etmişdiniz...
- Almaniyada bu məsələyə jurnalistlərin reaksiyası tam fərqli olardı.
 
- Elnur Allahverdiyevin əvəzində yığmaya Rail Məlikovun dəvət olunması gözlənilir...
- Hazırda yığmada olan futbolçular millidə oynamağa layiq olanlardı. Əgər Rail yoxdursa, deməli ondan güclü olanlar var.
 
- Kamran Ağayevin oyun təcrübəsinin olmadığını nəzərə alsaq, onu bu dəfə kim əvəzləyəcək?
- (Gülür) Əlcəkdə kim olsa, o.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.