7 oktyabr 2012 01:03
Yığmamızın üzvü Galatasaraya qarşı oynamadı, komandası xal qazandı
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 7-ci tur çərçivəsində səfərdə “Galatasaray” ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Beləcə, əskişəhərlilər ilk dəfə rəqibləri ilə xal bölgüsünə razılaşıb.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Millimizin düşərgəsindən zədəli qayıdan müdafiəçi hələ də müalicə olunur.
