7 oktyabr 2012 02:47
Ağsu 3 xalı 6 qolla qazandı
Futbol üzrə Azərbaycan birinci divizionunun 5-ci turunun növbəti oyunları keçirilib. Azerisport.az nəticələrlə sizi də tanış edir.
“Ağsu” doğma meydanda “Göyəzən”i darmadağın edib.
“Lokomotiv” evdə “Neftçala”ya minimal hesabla uduzub.
“Qala” ilə “Şahdağ” isə xalları yarı bölüblər.
Birinci divizion
5-ci tur
6 oktyabr (şənbə)
Ağsu – Göyəzən – 6:1
Qollar: Natiq Kərimi, 7, Nicat Tağıyev, 25; 61; 77, Qoşqar Sarıyev, 65-öz qapısına, Ravi Rəhmanov, 90+2 - Babək Hüseynov, 14.
Hakimlər: İsmayılov Sərxan, Abbasov Rəşad, Məmmədov Qəzənfər, Soltanov Səbuhi
Ağsu şəhər stadionu.
Lokomotiv – Neftçala – 0:1
Qol: Aslan Hüseynov, 72.
Hakimlər: Məmmədov Orxan, Həmzəzadə Rəvan, Əsgərzadə Elxan, Müslümov Elxan
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Qala – Şahdağ – 2:2
Qollar: Bəxtiyar Fəzai, 23; 43 - Sərxan Ağayev, 12, Zahid Tayıbov, 81.
Hakimlər: Haşımov Ceyhun, Quliyev Şakir, Əsgərov Hüseyn, Talıbov Vurğun
Zirə qəsəbə İdman Kompleksinin stadionu.
