7 oktyabr 2012 02:55
Millimiz son oyunda məğlub oldu, üçüncü yeri tutdu
İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız həlledici görüşdə Mərakeş komandası ilə qarşılaşıb.
Qarşılaşma 2:1 hesabı ilə mərakeşli futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Cem Fələk fərqlənib.
Beləliklə, 5 oyundan 8 xal toplayan yığmamız turniri üçüncü pillədə başa vurub.
