7 oktyabr 2012 00:08
Qarabağ Əfran İsmayılovu iki həftəlik itirdi
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə açıqlanan heyətində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts “Neftçi”nin futbolçusu Cavid İmamverdiyevlə yanaşı yarımmüdafiəçi Əfran İsmayılovu da heyətdən kənarlaşdırıb.
Qeyd edək ki, hər iki futbolçunun millidən uzaqlaşmasına zədə səbəb olub. Cavidin əməliyyat olunması gündəmdədi. Premyer Liqanın son turunun “Turan”la oyununda zədələnən Əfranın sağalması üçün isə 2 həftəyə ehtiyacı var.
Qeyd edək ki, artıq Bakıda təlim-məşq toplanışına başlayan Ağdam klubu oktyabrın 13-dək hazırlıq keçəcək. Əfranın bu hazırlıqlarda iştirakı baş tutmayacaq.
