7 oktyabr 2012 00:19
Aleksandr Səmədov: Hədəf Azərbaycan və Portuqaliya üzərində qələbə qazanmaqdı
Futbol üzrə Rusiya yığmasının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov azerisport.az saytının suallarını cavablandırıb.
- Rusiya millisinin baş məşqçisi Fabio Kapello sizi Portuqaliya və Azərbaycanla oyunlara dəvət edib. Bunu gözləyirdiniz?
- Mən əvvəlki iki oyuna da dəvət olunmuşdum. Nəzərə alsaq ki, həmin oyunlardan sonra zədə almamışdım, oyun təcrübəm də var idi, bu dəfəki dəvət mənim üçün sürpriz olmadı. Amma istənilən halda Rusiya yığmasına dəvət olunmaq, komandada möhkəmlənmək çox xoşdu.

- Kapellonun gəlişindən sonra bu komandada nə dəyişib?
- Dik Advokatın dönəmində mən bir dəfə yığmaya dəvət olunmuşdum. Buna görə də o zamankı komanda ilə indikini müqayisə etmək mənim üçün bir qədər çətindi. Amma bir şeyi dəqiq deyə bilərəm: Kapelloda hər şeydən öndə intizam gəlir. Hər halda italiyalı mütəxəssisin milli üzvlərindən bunu tələb etməkdə haqqı var.

- Son dövrlərə qədər Rusiya yığmasının liderləri sayılan Arşavinlə Pavlyuçenkonun dəvət olunmaması sizi təəccübləndirmədi?
- Əgər səhv etmirəmsə, Romanın zədəsi vardı. Həm də arada hansısa futbolçunun milliyə dəvət olunmaması müşahidə olunan prosesdi. Gələcəkdə həm Pavlyuçenkonun, həm də Arşavinin yenidən əsas komandaya dəvət alması mümkündü. Mən baş məşqçinin bu qərarını müzakirə edə bilmərəm.

- Azərbaycan yığmasının Rusiya ilə oyundakı şanslarını necə qiymətləndirirsiz?
- Şübhəsiz ki, Rusiya bu oyunun favoritidi. Amma hadisələri qabaqlamaq istəməzdim. Çünki bizi bu oyundan öncə hələ Portuqaliya ilə qarşılaşma gözləyir. Yalnız bu oyundan sonra Azərbaycanla görüş haqda düşünmək olar. Komandanızda Berti Foqts kimi təcrübəli mütəxəssis var. O, Azərbaycan yığmasında çox şeyi dəyişib. Məsələn, mən komandanızın İsraillə oyununu izləmişdim. Azərbaycan millisi kifayət qədər yaxşı təsir bağışladı. Azərbaycan evdə həmişə yaxşı oynayır.

- Siz də razısız ki, Azərbaycan millisi İsraillə görüşdə qələbəyə çox yaxın idi?
- Oyundan sonra hər şey danışmaq olar. Məgər Azərbaycan yığması uduza bilməzdi? Əsas odu ki, komanda heç də adi olmayan bir rəqiblə görüşdə xal qazanmağı bacardı.

- Rusiyanın qarşıdakı iki oyun üçün hədəfi nədən ibarətdi?
- Şübhəsiz ki, altı xal qazanmaq. Biz hər iki oyunda qalib gəlib, 12 xalla turnir cədvəlinin vahid lideri olmaq istəyirik.