7 oktyabr 2012 00:46

Peşmançılıq və ümid

17 yaşadək qızların futbol üzrə Dünya Çempionatı çərçivəsində Fransa və Nigeriya arasında dörddə bir final oyununun sonunda sanki bir vaxtlar yaşanmış hisslər yenidən təkrarlanırdı. 2010-cu ildə olduğu kimi sarı formalı qızlar meydanı məyusluq içində tərk etdilər, ağ forma sahibləri isə qələbənin dadını yaşayırdılar. İki il əvvəl Trinidad və Tobaqoda olduğu kimi Azərbaycanda da məhz, Nigeriya çempionatla vidalaşmalı oldu.
 
"İki il əvvəl də komandanın sükanı arxasında mən idim və o zaman da biz mübarizəni bu mərhələdə dayandırmışdıq”, deyə Nigeriya yığmasının məşqçisi Piter Dedevbo bildirdi. “Amma fikrimcə, burada vəziyyət bir qədər fərqlidir. 2010-cu ildəki məğlubiyyətimizin səbəbi elə özümüz idik. Azərbaycanda isə daha yaxşı oyun sərgilədik və bugünkü məğlubiyyətimizin səbəbi rəqibimiz Fransanın bizdən daha güclü olmasıdır”.
 
Şübhəsiz ki, iki il əvvəl Flaminqolar müdafiədə göstərdikləri zəif oyun üzündən dörddə bir final qarşılaşmasında məğlub olmuşdular. Fransiska Ordeqa və Nqozi Okobi kimi güclü hücumçuların səylərinə baxmayaraq, Nigeriya millisi o zaman oyunsonrası penaltilər seriyasında Koreya Respublikasına 6-5 hesabı ilə məğlub olmuşdu. Sonuncular isə öz növbələrində çempionatın kubokuna sahib çıxmışdılar.
 
"2010-cu ildəki çıxışımızda müdafiədə çoxlu səhvlər buraxdıq. Bu dəfə həmin səhvləri təkrarlamasaq da, yenə də məğlubiyyətlə qarşılaşdıq”, deyə Dedevbo söylədi. Maraqlıdır ki, bu çempionatda Fransa ilə dördə bir final qarşılaşmasında qapılarının toxunulmazlığını qoruyub saxlayan üç müdafiəçi Trinidad və Tobaqoda da komandanın müdafiə xəttinin əsasını təşkil edirdi. Bunlar Sara Nnodim, Viktoriya Aidelomon və Ebere Okoyedir. Məhz Nnodim oyunun qolsuz bərabərliklə bitən əsas vaxtından sonra penaltilər seriyasında 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməmiş və Nigeriyanın ümidlərini puç etmişdi. 
 
“Biz penalti zərbələrini məşq etmişdik”, deyə nigeriyalı məşqçi təəssüflə bildirdi. “Utandırıcı haldır ki, matçda qalib gəlmək üçün şanslarımızın olmasına baxmayaraq, biz onlardan istifadə edə bilmədik. Buna görə çox məyusam. İki dəfə ardıcıl olaraq komandanı dörddə bir final mərhələsinədək daşımaq və hər ikisində də eyni mərhələdə məğlub olmaq təəssüf doğurucu haldır”.
 
Bununla belə, Nigeriyanın Azərbaycandakı çıxışında müsbət məqamlar da oldu. Müdafiədə inamlı oyun göstərən Flaminqoların heyətindəki bəzi oyunçular artıq çempionatın ulduzuna çevriliblər. Altı qolla qrup mərhələsinin bombardiri olan Çinvendu İhezuo həm də bir çox (dörd) qolların vurulmasında mühüm rol oynamışdı və gələcək illərdə onun hələ çox parlayacağını söyləmək olar. Eyni sözləri qrup mərhələsinin yekununda hesabında dörd qol olan, iki qolun vurulmasına isə yardım göstərən və bu göstəricilərinə görə sıralamada üçüncü yeri tutan Halimatu Ayinde haqqında da söyləmək mümkündür. Bir sözlə, Nigeriyanın qadın futbolunun gələcəyi olduqca parlaq görünür. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.