8 oktyabr 2012 00:32

Kamran Ağayev: Rusiya ilə oyunda nəticəyə oynayacağıq

Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yığmanın Rusiya ilə oyun öncəsi toplanışı necə gedir?
- Normal. Uşaqların hamısı böyük istəklə məşq edirlər. Öz klublarında meydana az çıxan futbolçular isə xüsusi çalışırlar.
 
- Siz də onların arasındasız?
- Bəli, ilk günlərdə mən də onların sırasında yer alırdım. İndi isə artıq komanda ilə birgə çalışıram. Əsas odu ki, komandada atmosfer çox yaxşıdı.
 
- Berti Foqts özünüzə klub tapmayacağınız halda sizi milliyə çağırmayacağını açıqlamışdı...
- Təbii ki, yığmaya hazır futbolçular lazımdı. Buna görə də mən baş məşqçini başa düşürəm. Amma o da bilir ki, mən formamı itirməmək üçün ayrıca çalışırdım.
 
- Bu gün üçün nə dərəcədə hazırsız?
- Buna məşqçilər daha doğru cavab verə bilərlər. Hər halda kim hazır olacaqsa, o da oynayacaq.
 
- Amma “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov bəyan edib ki, Anar Nəzirov hazırda yığmaya kömək etməyə tam hazırdı...
- Azərbaycanda xeyli yaxşı qapıçı var. Nəzirovla yanaşı Səlahət Ağayev də milliyə dəvət olunub. Fikrimcə, onlar əsas komandamızda əla rəqabət yaradıblar. Bu qapıçılarla yanaşı Fərhad Vəliyev də var. Belə rəqabət olmasa, inkişaf mümkünsüzdü.
 
- Belə görünür ki, sizin “Xəzər Lənkəran”la problemləriniz yoluna düşmək üzrədi. Yəqin ki, AFFA prezidenti Rövnəq Abdullayevin “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimova məlum müraciətindən xəbərdarsınız...
- Bəli. Buna görə AFFA-nın prezidentin təşəkkürümü bildirirəm. Sağ olsun ki, karyeramla maraqlanır. Amma sualınıza konkret cavab verə bilməyəcəm. Çünki hazırda yığmanın düşərgəsindəyəm və klubla bağlı işlərimi müzakirə edə bilmərəm.
 
- Çempionatı izləyirsiz?
- Favoritlər hələ ki, ümidləri doğrultmurlar. Amma “Simurq”un indiki liderliyini ədalətli hesab edirəm. Yeni baş məşqçi bu komandada əla atmosfer yaradıb. İndi Zaqatala klubu daha yaxşı oyun sərgiləyir. AZAL və “Sumqayıt” da bu mövsüm yaxşı təsir bağışlayır.
 
- Rusiya ilə oyun öncəsi bu rəqib barədə düşüncələriniz də maraqlıdı...
- Rusiya yığması Avropanın ən yaxşı komandalarından biridi. Mənə elə gəlir ki, bu komanda Fabio Kapello ilə Dik Advokatın dönəmindəkindən də güclü təsir bağışlayır. O, hazırda ən yaxşı formada olan futbolçulara güvənir. Onlarla qarşılaşmamız çox çətin keçəcək. Amma bu komandaya sürpriz yaşadacaq gücdə olduğumuzu düşünürəm. Bizə sadəcə rəqibin səhvlərindən yararlanmaq lazımdı.
 
- Sizcə, bizimlə oyundan öncə baş tutacaq Portuqaliya qarşılaşmasının yorğunluğu ruslara əlavə çətinlik yaşada bilər?
- Ruslar bu oyunlarda güclərini necə böləcəklərini yaxşı bilirlər. Əgər Portuqaliyaya uduzsalar, bizimlə görüşə xüsusi hazırlaşacaqlar. Amma biz də məğlubiyyət haqda düşünmürük. İnanıram ki, rusların qarşısında duruş gətirə biləcəyik. Bizə bu oyunda yalnız nəticə lazımdı. Buna necə nail olmaq isə o qədər də vacib deyil. Mətbuatda çox yazırlar ki, yığmamız ancaq müdafiə olunur. Amma mən belə deməzdim. Sadəcə, rəqiblərimiz bizimlə müqayisədə çox güclü olduğundan, bizi müdafiə olunmağa məcbur edirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.