8 oktyabr 2012 12:58
Neftçinin rəqibləri son turda (VİDEO)
Xəbər verdiyimiz kimi, ötəm gün futbol üzrə Rusiya, Serbiya və İtaliya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Rubin”, “Partizan” və Milan “İnter”i də növbəti görüşünə çıxıb. Kazan təmsilçisi məğlubiyyətə üzülüb, Milan və Belqrad klubları isə növbəti qələbəsinə sevinib. Həmin görüşlərdən hazırlanmış videoreportajla sizi də tanış edirik.
