8 oktyabr 2012 13:07
Berti Foqts və komandası uşaqlarla futbol oynadı (VİDEO)
Xəbər verdiyimiz kimi, milli komandamızın üzvləri baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Bakı SOS Uşaq Kəndində olub. Azerisport.az xəbər verir ki, futbolçular burada tərbiyə alan uşaqlara topla müxtəlif fəndlərin icrasını nümayiş etdirib, əyləncəli futbol oyunları təşkil olunub. Uşaqlara AFFA-nın hədiyyələri verilib və xatirə şəkli çəkdirilib.
