8 oktyabr 2012 13:19
Neftçi Turanı məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 8-ci turunun “Neftçi” – “Turan” matçı necə bitəcək” sualı ilə müraciət ediyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, azarkeşlərin əksəriyyəti bu görüşdə “Neftçi”nin qələbə qazanacağını gözləyir. Respondentlərin 74 faizi (227 səs) məhz bu variantı seçib.
Sorğuya qatılanların 18 faizi (54 səs) “Turan”ın qələbə qazanmaq şansının olduğunu düşünür. Yerdə qalan 8 faiz (27 səs) isə bu qarşılaşmanın heç-heçə bitəcəyi qənaətindədi.
