8 oktyabr 2012 13:35
Berti Foqts və yetirmələri jurnalistlər önünə çıxır
Məlum olduğu kimi, futbol üzrə Azərbaycan milli komandasının oktyabrın 5-dən etibarən təlim-məşq toplanışı start götürüb. Azerisport.az xəbər verir ki, toplanışın gedişində Bayıl stadionunda Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi, eyni zamanda baş məşqçi Berti Foqtsun mətbuat konfransı keçiriləcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən tədbir oktyabrın 10-da, saat 10:15-də start götürəcək.
