8 oktyabr 2012 14:08
“Azərbaycanlı” futbolçu Moldova yığmasında
Futbol üzrə Moldova yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Ukrayna və San Marinoya qarşı keçiriləcək oyunlarda moldovalıların heyətində Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu da yer ala bilər.
Bu, AZAL-da forma geyən Artur Patraşdı. Yığmanın baş məşqçisi Vaqif Sadıqovun yetirməsinin də xidmətinə ehtiyac duyub.
Qeyd edək ki, moldovalıların Ukrayna ilə oyunu oktyabrın 12-də, San Marino ilə görüş isə ayın 16-da baş tutacaq.
