8 oktyabr 2012 02:12
Son çempion 3 xalı 7 qolla qazandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 5-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
"Bakılı" doğma meydanda "Şuşa" ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
"Energetik" isə "Qaradağ Lökbatan"ı qəbul edib. Bu qarşılaşmada da qonaqlar 3 xala sevinən tərəf olublar. Birinci divizionun son qalibi 3 xalı 7 qolla qazanıb.
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi.
Birinci divizion
5-ci tur
7 oktyabr
Bakılı – Şuşa – 0:1
Qol: Elvin Adıgözəlli, 59.
Energetik - Qaradağ Lökbatan – 1:7
Qollar: Real Məmmədov, 15 - Namiq Əliyev, 3; 69, Novruz Ələkbərov, 37; 73, Mehdi Mehdiyev, 67; 90+1-pen, Ramal Hüseynov, 85.
1
5
5
0
0
20-2
15
Aqşin Həşimov (Neftçala) - 7 qol
Samir Abdulov (Neftçala) - 5 qol
Orxan Babayev (Tərəqqi) - 5 qol
Bəxtiyar Fəzai (Qala) - 3 qol
Bəxtiyar Fəzai (Qala) - 3 qol
