8 oktyabr 2012 14:25

“Bu, bizə baha başa gələ bilər”

Futzal üzrə Azərbaycan yığmasının və “Araz”ın oyunçusu Rizvan Fərzəliyev UEFA Kubokunda komandasının rəqibləri olan İspaniya “Barcelona”sı, Sloveniya “Litija”sı, eləcə də Xorvatiyanın “MNK Split” klublarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“UEFA Kubokunun birinci mərhələsinin oyunlarından sonra bizim hazırlıq üçün kifayət qədər vaxtımız oldu. Demək olar ki, Maşado Nilson da tam hazırdı. O, tədricən əvvəlki formasını bərpa edir. Bizim üçün bu yaxşı hazırlıq dövrü çox önəmli idi. Çünki qarşımızda maksimum hədəflər var. Qrup birincisi olub, dördlər finalına çıxmaq istəyirik. Baxmayaraq ki, qrupumuzda “Barcelona” kimi nəhəng komanda var. Eyni zamanda digər rəqibləri də siyahıdan silmək olmaz. Bu, bizə baha başa gələ bilər”.
 
Hər şeyə rəğmən, “Araz”ın təcrübəli futzalçısı Avropanın ən güclü klubunu məğub edəcək gücdə olduqlarını düşünür: “Ötən mövsüm də biz bu komanda ilə üz-üzə gəlmişdik və heç-heçə oynamışdıq. Oyun baxımından biz onlara uduzmadıq. Amma ustalıq səviyyəsi rəqibdə daha üstün idi. Geridə qalan müddətdə heyətimiz güclənib. Eyni zamanda “Barcelona” da güclənib. Hər halda onlar da titullarını qorumaq istəyindədilər”.
 
Fərzəliyev ilk oyundan çox şey asılı olduğunu düşünür: “Çünki “Litija” qrupumuzun oyunlarına ev sahibliyi edir. Ona görə də bizə bu görüşdə çox çətin olacaq. Azarkeş amili onların lehinə olacaq. Həm bu, həm də hakim simpatiyası bizim üçün əlavə problemlər yarada bilər. Onların oyununu izləmişəm. Dişimizə görə rəqib olduqlarını deyə bilərəm. İstənilən halda qələbə qazanmağa borcluyuq”.
 
“Araz”ın lideri Xorvatiya təmsilçisindən də danışıb: “MNK Split”i də dəyərləndirməmək olmaz. Ən azı ona görə də elit raunda zəif komanda gəlib çıxa bilməzdi. Onlar hətta “Barcelona” və “Araz”ı qabaqlayıb qrup birincisi də ola bilərlər. Heç kim “Barcelona”ya və və ya “Araz”a qrup birincisi olacağına dair zəmanət verə bilməz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.