8 oktyabr 2012 14:44
Xəzər Lənkəran Bakıda toplaşır
Beş günlük istirahətdən sonra "Xəzər Lənkəran" bu gün yenidən Bakıda toplaşır. Azerisport.az xəbər verir ki, qarşıdakı iki gün ərzində komanda "Happy İnn" otelində məskunlaşaraq Respublika Dövlət Yol Polisinin stadionunda məşq keçəcək.
Komandanın bu günlər Bakıda olması futbolçuların oktyabrın 10-da keçiriləcək Premyer Liqanın 2011/12 mövsümünün qaliblərinin mükafatlandırma mərasimində iştirakı ilə bağlıdı. Keçən mövsümün gümüş mükafatçısı olan "Xəzər Lənkəran" tədbirin ertəsi günü, yəni oktyabrın 11-də Lənkərana yollanacaq və növbəti tur oyununa uzun fasilədən sonra doğma məkanda hazırlıq keçəcək.
