8 oktyabr 2012 17:48
Neftçi Turanı məğlub edib, 6-cı oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 8-ci turun son oyunu keçirilib. Azerisport.az xəbər verir ki, son çempion "Neftçi" doğma divarlar arasında "Turan"la qarşılaşıb.
Qeyd edək ki, bu turun görüşləri bir neçə gün öncə keçirilmişdi. Lakin “Neftçi” Avropa Liqasındakı İtaliya “İnter”i ilə oyunu səbəbindən bu qarşılaşmanın fərqli tarixdə gerçəkləşməsini istəmişdi.
Nəhayət, bu gün baş tutan görüşdə son çempion qələbəyə sevinən tərəf olub. Bu üç xal sayəsində "ağ-qaralar" bir qədər irəliləməyə nail olublar.
Topaz Premyer Liqası
8-ci turun oyunu
8 oktyabr
NEFTÇİ – TURAN - 2:1 (2:0)
Qollar: R.Sadiqov, 11-pen (1:0), E.Ramos, 37 (2:0), Q.Pipiya, 90+3 (2:1).
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Elvin Əsgərov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Oyun başladı
5. "Neftçi" ilk dəqiqələrdən hücuma atılıb
11. F.Əliyev R.Sadiqovu cərimə meydançasında kobudluqla dayandırdığı üçün həm penaltiyə səbəb olur, həm də sarı vərəqə ilə cəzalanır
12. R.Sadiqov nöqtəyə özü yaxınlaşır və dəqiq zərbə ilə hesabı açır - 1:0
16. Rəqib müdafiəsini təkbaşına yaran S.Ballo az qala hesabı bərabərləşdirəcəkdi. Lakin son anda Stamenkoviç topu kornerə çıxarmağı bacarır
17. "Turan" oyunda ilk korner vuruşunu yaxşı dəyərləndirə bilmir
17. "Turan"da erkən əvəzləmə: F.Əliyev yerini H.Əliyevə verir
18. "Neftçi"nin korneri qola çevirməsinə son anda müdafiəçilər mane olurlar
20. "Turan" daha bir inanılmaz qol şansını qaçırır. E.Günlünün uzaq məsafədən cərimə zərbəsini Stamenkoviç dəf edir. F.Quliyev bu epizodda boş qapını təkrar zərbə ilə dəqiq nişan ala bilmir
29. Qonaqların daha bir təhlükəli cərimə zərbəsi zamanı yenə Stamenkoviç inamsız oynayır. Amma komanda yoldaşları təhlükəni sovuşdura bilirlər
36. Vobayın təhlükəli zərbəsini qapıçı kornerə çıxarır
37. Korner zamanı müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu E.Ramos təkrar zərbə ilə tora qovuşurur - 2:0
38. Arazın növbəti qol vurmaq cəhdinin qarşısını müdafiəçilər alır, Ramosun təkrar zərbəsi isə qapıdan yan keçir
45. İlk yarıya bir dəqiqə əlavə olunur
45+1. Ballo növbəti qol şansını qaçırır
Birinci hissə başa çatdı
46. "Turan"da E.Məmmədovun əvəzində meydana B.Nəsirov çıxır
53. Betuççinin zərbəsini qapıçı tutur
57. "Neftçi" növbəti qol şansını dəyərləndirə bilmir
68. "Turan"da E.Günlünü Q.Pipiya əvəzləyir
75. Oyun bir qədər sakit məcrada keçir və tərəflər elə də çox qol vəziyyəti yarada bilmirlər
76. Ballonu əllə saxlayan Mitreski sarı vərəqə alır
78. "Neftçi"də Bertuççini E.Yunuszadə, M.Seyidovu isə K.Nurəhmədov əvəzləyir
84. "Neftçi"də son dəyişiklik: Vobayın əvəzində meydana E.Abdullayev çıxır
90. Matçın əsas vaxtına 2 dəqiqə əlavə olunur
90+3. Q.Pipiyanın cərimə zərbəsini Stamenkoviç qapı xəttində tuta bilmir və hakim qol qeydə alır - 2:1
Matç başa çatdı
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 13. Samir Yusifov, 18. Elgiz Kərəmli, 21. Kamil Nurəhmədov, 32. Elvin Yunuszadə.
TURAN: 1. İvan Qarbovaç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 13. Marius Kazlauskas, 14. Ender Günlü, 17. Fərmayıl Əliyev, 16. Elmixan Məmmədov, 21. Antonio Rukavina (k), 22. Salif Ballo, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev, 11. Qoqi Pipiya, 23. İrakli Beraya.
1
8
5
3
0
11-2
18
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
