8 oktyabr 2012 15:46
Xəzər Lənkəranın müdafiəçisi komandadan ayrıldı
“Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduelli komandadan ayrılıb. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu yığma komandamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirəcəyi oyunla əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanaraq, Yunanıstana gedib.
Onun bu ölkəyə üz tutması isə səbəbsiz deyil. Qeyd edək ki, Skarduelli ölkəmizə məhz Yunanıstanın “PAS Giannina” klubundan gəlib. İndi o, yenidən köhnə klubunun düşərgəsinə qayıtmaqla keçmiş komanda yoldaşlarına baş çəkməyə qərar verib.
