8 oktyabr 2012 16:17
Qarabağ hazırlıqlara başladı
“Qarabağ” yenidən məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, “Kəpəz”lə oyundan sonra komandanın çalışdırıcısı Qurban Qurbanov futbolçulara 3 günlük istirahət vermişdi.
Bu gün səhər bazaya yığışan komanda ilk çalışmanı elə bazada reallaşdırıb. “Qarabağ” hazırlıqlarını heç də tam heyətlə yerinə yetirə bilmir. Belə ki, əsas milliyə 6, U-21-ə 3 futbolçu göndərən komandada eyni zamanda Ansi Aqolli Albaniya millisinə yollanıb. Əfran İsmayılov isə zədə səbəbindən kollektiv çalışmalardan kənarda qalıb.
“Qarabağ”ın 2-ci məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq.
