8 oktyabr 2012 16:23
“Bütün qitənin nəzəri bizim üzərimizdədi”
"Biz elə bu məqsədlə turnirə qatılmışıq; sensasiya etmək," deyə cümə günü keçirilən 1/4 final oyununda çempionatın favoriti hesab edilən Yaponiya komandasanı 1-0 hesabı ilə məğlub etməklə FIFA U-17 qadınlararası dünya çempionatında şok nəticəyə imza atdıqdan sonra sevincli Qana komandasının kapitanı Prisila Akyere FIFA.com saytına müsahibəsində qeyd etmişdir.
"Biz bunu etməyi bacardıq", deyə yarımmüdafiəçi söhbətinə davam edir. "Biz mühüm bir uğura imza atmışıq və indi bundan daha çoxunu istəyirik. Biz Fransanı məğlub edəcəyimizə və finala çıxıb Dünya Kubokuna sahib olacağımıza ümid edirik".
FIFA U-17 qadınlararası dünya çempionatlarındakı əvvəlki iki çıxışlarında qrup mərhələsini adlaya bilməyən qanalılar üçün çərşənbə axşamı keçiriləcək Fransaya qarşı oyun bu turnirdə onların ilk yarım-final oyunu olacaq.
FIFA U-17 qadınlararası dünya çempionatında yarımfinala çıxan ilk qanalı qadın komandası və eləcə də ilk Afrika komandası olduğu faktı onların bu uğurunu daha da diqqətəlayiq edir.
"Bütün Afrıkanın nəzərinin bizim üzərimizdə olduğunu bilirik və bu da bizi ruhlandırır," deyə cümə günü keçirilən sensasiyalı oyunun ardından Akyere verdiyi müsahibəsində qeyd edir. "Bütün ölkə bizə baxır, çünki bu gün biz böyük uğura imza atmışıq. Bu hissləri sözlə izah etmək qeyri-mümükündür".
Şerifatu Sumayilanın oyunun 51-ci dəqiqəsində vurduğu qol Azərbaycan 2012-də məğlub olmayan yaponları erkən evə göndərmək üçün kifayət etdi. Ölkəsini Trinidad və Tobaqo 2010-da təmsil etmiş hücumçu təbii ki, bu oyunda sərgilədiyi performansına görə çox sevinirdi: "Mən çox sevinirəm, çünki 2010-dakı turnirdə bir qol belə vura bilməmişdim. Əslində bu mənim dünya çempionatlarında vurduğum ilk qoldur və mən çox hətta lap çox sevinirəm".
Özünə-inam əsas amildir
Yaponlara qarşı oyundakı əzmkarlıqlarına görə komanda yoldaşlarına təşşəkkürünü bildirərkən kapitan Akyere öz sevincini gizlədə bilmirdi: "Bu gün komanda yoldaşlarımdan çox şeylər gözləyirdim və onlar mənə necə də böyük komanda olduğumuzu nümayiş etdirdilər. Bu turnirdə bu qədər irəliləmək üçün yaratdıqları imkana görə onlara təşşəkkürümü bildirirəm. Bu mərhələyə çıxmaq üçün biz hamımız çox çalışmışıq".
Akyere Azərbaycan 2012-dəki uğurlarının digər memarı olan məşqçi Mas-Ud Dramaniyə də həmçinin təriflər yağdırdı: "Komandasına bu qədər inanan bir məşqçinizin olması çox möhtəşəmdir. O, bizə inanır və biz də ona. bu isə çox gözəl haldır".
Yaponları məğlub edə bilməyinizin sirri nədədir? "Qələbə qazanmaq arzumuz", deyə qıqırdayaraq Akyere suala cavab verir. "Biz qələbə qazanmaq istəyirdik. Biz bunu çox istəyirdik və biz meydana çıxıb elə bunu etdik. Biz Yaponların favorit olduğunu bilirdik, lakin biz etməli olduğumuzu etdik."
Rəqibin paşlaşmasının və oyunçuları arasında yaxın təmasının qarşını almaqla qanalılar yaponlara qarşı oyunda müdafiə taktikasından istifadə etdilər. Sonra topu ələ keçirdikdə yüksək atletizmlərindən və sürətlərindən yararlanaraq təhlükəli əks-hücumlar yaratdılar.
Onların müdafiə taktikası turnirdəki gələcək oyunları üçün zəruri amildir və Akyere Fransa ilə oyunda da komandasının bu taktikasının güclü olacağına ümid edir.
"Müdafiə baxımından turnirdə hazırda iştirakını davam etdirən komandalar arasında Qana ən yaxşılardandır," deyə növbəti oyuna fikrini cəmləşdirərək o, qeyd edir. Biz bu taktika sahəsində 1/4 finalda qələbə qazandıq və indi də Fransanı məğlub etmək niyyətindəyik".
Komanda yoldaşlarının bacarığından əmin olan komandanın kapitanı Avropalıları məğlub edə bilmək üçün onların oyunda fikrlərini yayındırmamalarının vacib olduğunu qeyd edir, bu arada onun komanda yoldaşı Sumayila qanalı oyunçuları maraqla izləyən Afrika xalqına bir ismarıc göndərmişdir:
"İndiyə qədər olduğu kimi, biz Afrika naminə uğurlu oyunlar seriyamızı davam etdirəcəyik," deyə komandanın qolçusu qeyd edir. "Onların xətrinə dünya çempionatını udmaq üçün əlimizdən gələni edəcəyik".
