8 oktyabr 2012 18:08
Əsgər Abdullayev: Neftçi bizim səhvlərimizi bağışlamadı
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 8-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Uşaqlar mənim istədiyim kimi oynaya bilmədilər. “Neftçi” kimi komanda ilə oyunda bu qədər qol vəziyyəti yaradıb, onlardan yararlanmamaq... Söz tapa bilmirəm. Böyük klublar az səhv buraxırlar. Eyni zamanda rəqibin buraxdığı səhvləri də bağışlamırlar. Biz də bu gün səhv etdik və “Neftçi” onları bağışlamadı”.
