8 oktyabr 2012 18:15
Böyükağa Hacıyev: Bu gün meydanda bir komanda var idi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 8-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bütövlükdə pis oynamadıq. Futbolçularda “İnter”lə oyundan sonra bir qədər yorğunluq var idi. İki cəbhədə mübarizə aparmaq çətindi. Amma bu gün meydanda yalnız bir komanda var idi – “Neftçi”. “Turan”ın son oyunlardakı nəticələri bizi diqqətli olmağa məcbur edirdi. Onlar bu görüşdə də döyüşdülər. Lakin biz istədiyimizi ala bildik. Buraxdığımız qola gəlincə, oyundan sonra Saşa Stamenkoviç bildirdi ki, top qapı xəttini keçməmişdi. Ancaq hakim qol qeydə aldı”.
