8 oktyabr 2012 11:06
Maksim Medvedev: Rusiya yığmasının bizimlə oyuna arxayın çıxmasından yararlanmalıyıq
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev azerisport.az saytının suallarını cavablandırıb.
- Yığma komandanın toplanışı necə gedir?
- Adi qaydada hazırlaşırıq. Başa düşürük ki, bizi çox ciddi rəqiblə oyun gözləyir. Qrupun favoriti ilə qarşılaşacağıq. İstənilən halda Rusiya bizimlə qarşılaşmada əsas favoritdi.

- Sizcə, millimiz oktyabrın 16-da “Lujniki”də keçiriləcək oyunda nəyə ümid edə bilər?
- Rusiyalı futbolçular Azərbaycanla oyuna yorğun çıxacaqlar. Əlbəttə, bu, komandanın oyununa təsirsiz ötüşməyəcək. Amma Rusiya yığmasının üzvləri peşəkardılar. Komandaya Fabio Kapello kimi mütəxəssis rəhbərlik edir. Biz də öz növbəmizdə Moskvada ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Yəqin ki, azarkeşlərimizdən də bizə dəstək verənlər olacaq. Axı Rusiyada çoxlu azərbaycanlı yaşayır.

- Uğur qazanmaq şanslarımız nə dərəcədə yüksəkdi?
- General olmaq istəməyən əsgər olmur. Komandamız hər oyunda olduğu kimi, bu görüşə də qələbə üçün çıxacaq. Amma heç-heçə də bizim üçün pis nəticə sayılmayacaq. Axı Rusiya Portuqaliya ilə birgə qrupumuzun favoritləri sayılır. Ola bilsin ki, ruslar bizimlə oyuna bir qədər arxayın çıxsınlar. Biz bundan maksimum yararlanmalıyıq.

- Bir qədər də “Qarabağ”dan danışaq. Niyə komanda özünə oxşamır?
- Oyun planında bizdə heç bir problem yoxdu. Sadəcə, yaratdığımız çoxsaylı qol vəziyyətlərindən lazımınca yararlana bilmirik. AZAL məğlubiyyəti “Qarabağ”a çox pis təsir etdi. Həmin yenilgini unutmağa çalışırıq. Zamanla qollar da vurmağa başlayacağıq. Hazırda çempionatda yaranmış fasilə də komandamıza kömək etməlidi.

- Komanda son üç oyuna cəmi bir qol vura bilib...
- Əgər qələbə qazana bilmirsənsə, günah özündədi. Biz buna görə təkcə hücumçuları günahlandıra bilmərik. Bütün komanda səylə çalışır ki, bu problemləri geridə qoyaq. Digər tərəfdən rəqiblərimiz də artıq bizim oyun üslubumuzu öyrəniblər. Bəzi oyunlarda rəqiblərimiz elə müdafiə olunur ki, onları keçmək sadəcə mümkünsüz olur. Rauf Əliyevi iki futbolçu saxlayır, onu topsuz qoymağa çalışırlar. Mümkündü ki, biz oyun üslubumuzu dəyişək.
- Bu qədər xal itkisini nəzərə alsaq, mükafatçılar sırasına düşmək çətin olmayacaq ki?
- Bütün komandalar xal itirirlər. Biz son uğursuzluqlara rəğmən, yenə ikinci pillədəyik. Odu ki, avrokuboklara vəsiqə qazanacağımıza inanıram.