DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsinə baxış üçün futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, Almaniyanın "Preussen Munster" klubunun üzvü Dmitri Nazarov millinin düşərgəsində baxışdadı.
Qeyd edək ki, 1990-cı ildə Qazaxıstanda anadan olan Dmitri Nazarov uşaq yaşlarından Almaniyada yaşadığı üçün, bu ölkənin vətəndaşlığını daşıyır.