8 oktyabr 2012 11:27
Mahir Şükürov yığmamızdan ayrıldı
Futbol üzrə Azərbaycan milli komandasının oktyabrın 5-dən etibarən start götürmüş təlim-məşq toplanışına dəvət olunmuş Mahir Şükürov bu gün yığmamızın toplanışını tərk edəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı yayıb.
Qeyd edək ki, Mahir Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Turan" oyununda iştirak etmək üçün millinin heyətindən 1 günlük ayrılacaq. O, oktyabrın 9-da yenidən millinin düşərgəsinə qayıdacaq.
