8 oktyabr 2012 11:34
Super Liqa klubunda şok istefa və yeni təyinat
Futbol üzrə Türkiyə Super Liqasında növbəti baş məşqçi dəyişikliyinə əl atılıb. Azerisport.az xəbər verir ki, “Kasımpaşa” klubu gözlənilmədən Metin Diyadin ilə yollarını ayırıb.
Artıq komandanın yeni baş məşqçisi də bəllidi. Belə ki, Super Liqa klubu Şota Arveladze ilə anlaşıb.
Qeyd edək ki, 2010-cu ildən “Kayserispor”u çalışdıran Şota ötən həftə bu komandadan istefa vermişdi. O, futbolçu karyerası ərzində Gürcüstanın Dinamo (Tiflis), Türkiyənin “Trabzonspor”, Hollandiyanın “Ayaks”, “Alkmaar”, Şotlandyianın “Reyncers” və İspaniyanın “Levante” klublarında çıxış edib.
Maraq üçün bildirək ki, “Kasımpaşa” yeni mövsümə ən yaxşı başlayan komandalardan biridi. Son turda səfərdə “Trabzonspor”a 0:1 hesabıyla uduzan bu komanda hazırda 12 xalla 4-cü yerdə gedir.
