8 oktyabr 2012 12:01
AFFA millimizi İsveçrəyə göndərir
Oktyabrın 17-dən 21-dək Bakıda, oktyabrın 22-dən 26-a qədər isə İsveçrənin Sürix şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanış təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
İsveçrədəki toplanış müddətində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
