8 oktyabr 2012 12:14
Neftçi – Turan matçı Anar Salmanova tapşırıldı
Bu gün keçiriləcək “Neftçi” – “Turan” oyunu ilə Topaz Premyer Liqasının 8-ci turuna yekun vurulacaq. Azerisport.az xəbər verir ki, artıq bu matça təyinatlar da açıqlanıb.
Belə ki, qarşılaşmanı Anar Salmanov idarə edəcək. Ona Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcək.
AFFA nümayəndəsi Ramiz Mustafayev, hakim-inspektor isə Xaqani Məmmədov olacaq.
Topaz Premyer Liqası
8-ci tur
8 oktyabr (bazar ertəsi)
“Neftçi” – “Turan”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 16:00.
